Ukraynanın Madriddəki səfirliyinin binası İspaniya polisi tərəfindən mühasirəyə alınıb.
AzerTimes xəbər verir ki, bu barədə “Radio y Television Espanol” teleradio şirkəti məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün öncə Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib. Səfirə ünvanlanmış və içərisində əldəqayırma bomba olan məktubu diplomatik nümayəndəlik rəsmisi açmışdı.