Lənkəranda bir nəfərin meyiti tapıldı

Lənkəranda bir nəfərin meyiti tapıldı

Lənkəranda bir nəfərin meyiti tapılıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, meyit şəhər ərazisində aşkar olunub.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1976-cı il təvəllüdlü şəhər sakini Tahir Cəlal oğlu Yusubov olduğu müəyyənləşib.

İlkin məlumata görə, mərhum epilepsiya xəstəsi olub və yaxınlıqda “Raypo” adlanan yaşayış massivində yaşayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, meyit bu gün axşam saatlarında “Şəhidlər Xiyabanı” küçəsinin kənarında tikinti aparılan ərazidə tapılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Teqlər: