Ukrayna səfirindən Zəfər Günü paylaşımı…

Ukrayna səfirindən Zəfər Günü paylaşımı…

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Feysbuk hesabında Azərbaycanın Zəfər Günü ilə bağlı paylaşım edib.

AzerTimes xəbər verir ki, səfir qeyd edib ki, 30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də Azərbaycan əsilli bir çox döyüşçülər Ukrayna ərazilərini qəhrəmancasına qoruyurlar.

“Azərbaycanın 2020-ci ilin noyabrın 8-də qazandığı Zəfərdə ukraynalıların da payı var. Onlardan biri də öz həyatı bahasına mülki insanları xilas edən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogindir. Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər”, – paylaşımda deyilir.

Teqlər: