Ukrayna səfiri mülki əhali arasında həlak olanların sayını açıqlayıb

İndiyədək Ukraynanın mülki əhalisi arasında ikisi uşaq olmaqla
57 nəfər həlak olub, daha 177 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu Ukraynanın
Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında
deyib.

“Bu günədək Ukrayna ordusu tərəfindən 800-ə yaxın rusiyalı
hərbçi, 7 təyyarə, 7 helikopter, 30-dan çox tank, 130-dan çox
zirehli maşın məhv edilib. Xerson, Novaya Kaxovka, Oreşkin
şəhərləri ələ keçirilib”, – deyə səfir bildirib.


O əlavə edib ki, gecə Kiyevə raket zərbələri nəticəsində
çoxmərtəbəli bina yanıb, 8 nəfər yaralanıb, 150 nəfər təxliyə
olunub.

(Tərcümə: Orxan Nəbiyev)