Ukrayna səfiri Gürcüstan XİN-ə çağırıldı

Ukrayna səfiri Gürcüstan XİN-ə çağırıldı

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Kasyanov Tiflislə Moskva arasında hava əlaqəsi bərpa edildikdən sonra Ukraynanın öz vətəndaşlarını Gürcüstandan təxliyə edəcəyini açıqlamışdı.

Teqlər: