Ukrayna səfiri Azərbaycana humanitar yardıma görə minnətdarlıq ifadə edib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan
tərəfinin göstərdiyi humanitar yardıma görə minnətdarlığını
bildirib.

Trend xəbər verir ki, bu barədə səfir öz “Twitter” səhifəsində
paylaşım edib.

“Ukrayna Azərbaycandan bizim üçün çox vacib olan humanitar
yardım almağa başlayıb. Xədarət alanların ehtiyaclarını ödəmək üçün
dərman vasitələti və tibbi avadanlıq göndərilib. Ukraynaya əməli
dəstəyə görə dost Azərbaycana təşəkkür edirik!”, – paylaşımda
deyilir.

Teqlər: