Ukrayna savaşında kim uduzur, etiraf etsin və… – Papa

Ukrayna savaşında kim uduzur, etiraf etsin və… – Papa

Ukrayna münaqişəsində uduzan tərəf bunu etiraf etmək üçün özündə cəsarət tapmalı və danışıqlara razı olmalıdır.

AzerTimes xəbər verir ki, bunu Roma Papası Fransisk bildirib.

“Bu bir şərhdir. Ancaq mən inanıram ki, vəziyyəti görən, insanları düşünən, ağ bayraq qaldırıb danışıqlar aparmağa cəsarəti olan daha güclüdür”, – Papa deyib.

O qeyd edib ki, bu gün beynəlxalq güclərin köməyi ilə danışıqlar aparmaq olar:

“Danışıqlar” sözü cəsarətdir. İşlərin yolunda getmədiyini görəndə cəsarətlə danışıqlar aparmaq lazımdır. Vaxtında danışıqlar aparın, vasitəçi kimi çıxış edəcək hansısa ölkəni axtarın”.

Teqlər: