Ukrayna rusların hərbi bazasını məhv etdi: ölənlər var

Ukrayna rusların hərbi bazasını məhv etdi: ölənlər var

Ukrayna ordusu rusların Alçevskdəki trolleybus deposunda yerləşən hərbi bazasını vurub.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.

Bazanın məhv edilməsi ilə bağlı yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Alçevskdə rus ordusunun şəxsi heyəti yerləşirdi. Hərbçilərinin bir hissəsi dəqiq atəşlə məhv edilib. Amma hələlik itkilərin dəqiq sayı müəyyən edilməyib.

Zərbələrin endirildiyi yerdə yanğın başlayıb.

Teqlər: