Ukrayna rusları buna məcbur etdi

Ukrayna rusları buna məcbur etdi

Rusiyanın silah-sursat anbarlarını məhv etməklə, Ukrayna rusları öz ehtiyatlarını cəbhə xəttindən uzaqlaşdırmağa məcbur etdi. Beləliklə, tədarük yollarının uzanması logistikanı çətinləşdirib.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post”un dərc etdiyi təhlildə bildirilib.

Nəşr bölgədəki hərbçilərin məlumatlarına əsasən, Rusiya Silahlı Qüvvələrinin Lisiçanskın tutulmasından sonra əhəmiyyətli ərazi uğurları əldə etməyini yazır.

Tədqiqatlar İnstitutunun analitiki Corc Barros isə deyib ki, Rusiya Müdafiə Nazirliyinin elan etdiyi qondarma əməliyyat pauzası bitəndən sonra hücumlarının intensivliyi nəzərə çarpacaq dərəcədə artmayıb.

Teqlər: