İrəvanda atışma: xəsarət alanlar var

İrəvanda atışma: xəsarət alanlar var

Ermənistanda atışma olub.

AzerTimes xəbər verir ki, məlumatı erməni mediası yayıb.

Bildirilir ki, silahlı insident paytaxt İrəvanda baş verib.

Şenqavit rayonunda bir neçə nəfər arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Qarşıdurma zamanı adları açıqlanmayan 3 nəfər, o cümlədən 36 yaşlı qadın və 49 yaşlı kişi əri, habelə 20 yaşlı gənc xəsarət alıb.

Hadisə yerində qan izləri, AK-74 avtomatının gilizləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: