Ukrayna Rusiyaya təyyarə tipli PUA ilə hücum etdi

Ukrayna Rusiyaya təyyarə tipli PUA ilə hücum etdi

Rusiya Hava Hücumundan Müdafiə sistemləri Bryansk vilayətinin Navlya kəndi yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli pilotsuz uçuş aparatını vurub.

AzerTimes xəbər verir ki, bunu sərhəd bölgəsinin qubernatoru Aleksandr Boqomaz deyib.

“Hadisə nəticəsində tələfat və dağıntı yoxdur. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində operativ xidmətə başlayıb”, – o bildirib.

Xatırladaq ki, martın 2-də ukraynalı diversantları Rusiyanın Bryansk vilayətində hücuma keçmişdi. Nəticədə iki nəfər ölmüşdü.

Teqlər: