Ukrayna Rusiyanın S-300-lərini məhv etdi

Ukrayna Rusiyanın S-300-lərini məhv etdi

Ötən gecə Ukrayna Silahlı Qüvvələri rusların Nikolayevi atəşə tutduğu bir neçə S-300 sistemini məhv edib.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Natalya Qumenyuk deyib.

“Bizim hava və artilleriya zərbələrimiz işğalçılar üçün elə vəziyyət yaradır ki, onlar öz bölmələrinə nəzarət edə bilmirlər. Ukrayna Silahlı Qüvvələri rus komanda məntəqələrini uğurla məhv edir. Ukraynalı müdafiəçilər irəliləyir, həmçinin düşmənin texnikası və şəxsi heyəti məhv edilir. Bu gecə Ukrayna Silahlı Qüvvələri işğalçıların bir neçə hava hücumundan müdafiə sistemini məhv edib. Bunun sayəsində Nikolayev həmin gecə daha dinc yatıb. Həmin S-300-lər şəhəri dəhşətə gətirirdi”, – o bildirib”.

Teqlər: