Ukrayna Rusiyanın cənubdakı problemlərindən istifadə edir – Britaniya

Ukrayna Rusiyanın cənubdakı problemlərindən istifadə edir – Britaniya

Ukrayna Silahlı Qüvvələri müvəqqəti işğal olunmuş Xerson vilayətində əks-hücumları üç istiqamətdə cəmləşdirib. Onlar Rusiya ordusunda olan problemlərdən istifadə edərək gözlənilməyən taktikalardan istifadə edirlər.

AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“2022-ci il avqustun 29-dan Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində yenilənmiş taktikayla hücum əməliyyatları həyata keçirir. Onlar Xersonda üç istiqamətdə cəmləşərək Dneprdən qərbdəki geniş cəbhədə hücuma davam edir.

Ukrayna qüvvələri, ehtimal ki, Rusiya silahlı qüvvələrinin zəif maddi-texniki təminatından, komandanlığından və nəzarətindən istifadə etməklə müəyyən dərəcədə taktiki sürprizə nail ola bilib”, – hesabatda qeyd olunur.

Bildirilir ki, bundan sonra əks-hücumlar fonunda artıq Rusiya ehtiyatlarını hara köçürəcəyini seçməli olacaq.

Teqlər: