Ukrayna Rusiya əsirliyindən 12 vətəndaşını azad etdi – Foto

Ukrayna Rusiya əsirliyindən 12 vətəndaşını azad etdi – Foto

Bu gün Ukrayna Rusiya əsirliyində olan daha 12 vətəndaşını geri qaytarıb. Onların arasında 10 hərbçi və 2 mülki vətəndaş var.

AzerTimes xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

“On müdafiəçi əsgər və çavuş heyətinə aiddir. Onlar xüsusən, Baxmut, Donetsk vilayətinin Opıtnoe və Orexovo-Vasilyevka kəndləri, Luqansk vilayətinin Kremennoy və Krasnopopovka yaşayış məntəqələrinin yaxınlığında gedən döyüşlərdə əsir götürülüb”, – məlumatda bildirilib.

Qeyd edək ki, genişmiqyaslı işğalın başlanmasından sonra artıq 2005 ukraynalı əsirlikdən azad edilib.

Teqlər: