Ukrayna rus çempionu tankı ilə birgə məhv etdi

Ukrayna rus çempionu tankı ilə birgə məhv etdi

“Tank biatlonu” üzrə dünya çempionatının qalibi, Altay vilayətindən olan baş çavuş Aleksandr Bakulevin idarə etdiyi tank bütün heyəti ilə birgə məhv edilib.

AzerTimes xəbər verir ki, bu məlumatı şərh edən Natiq Cəfərli “tank biatlonu” yarışlarının olduqca mürəkkəb olduğunu xatırladıb.

“Burda çox çətin hərbi manevrlər etməyi bacarmaq, tank hərəkətdə olarkən hədəfləri nişan almaq, hətta tank arxaya hərəkət edərkən də hədəfi vurmaq lazım gəlir. Son illər bu hərbi yarış növündə ard-arda Rusiya ekipajı qalib gəlirdi. Son illərin çempionu isə Altay vilayətindən olan baş çavuş Aleksandr Bakulev idi. Bir neçə gün öncə Ukraynada onun idarə etdiyi tankı bütün ekipajı ilə Ukrayna əsgəri Kobzonun konsertinə göndərib.

Bu xəbərin məğzi daha dərindir – belə peşəkarları, çempionları həmişə qoruyurlar, yəqin Rusiya ordusunda o qədər mütəxəssis çatışmazlığı var ki, dünya çempionunu da ön cəbhəyə göndərməyə məcbur qalırlar”, – ekspert bildirib.

Teqlər: