Ukrayna rəhbərliyində iki aktyor var idi – Teleqraf

Ukrayna rəhbərliyində iki aktyor var idi – Teleqraf

Britaniyanın “Teleqraf” nəşri Ukrayna ordusunun istefaya göndərilən baş komandanı Valeri Zalujnı ilə bağlı diqqətçəkən məqalə yayımlayıb.

AzerTimes xəbər ki, nəşr Zalujnını “zarafatcıl” adlandırıb və iddia edib ki, o, gəncliyində peşəkar aktyor olmağı arzulayırdı.

“Valeri Zalujnını tanıyanlar bəzən yazırdılar ki, Ukraynanın hərbi rəhbərliyində bir deyil, iki komik var. Vladimir Zelenski kimi baş komandan da zarafatcıl birisi olaraq tanınırdı”, – deyə bildirilib.

Həmçinin iddia edilib ki, Zalujnı öz uğurlarının qurbanına çevrilib. Belə ki, o, Ukraynaya böyük yardımlardan dolayı vəzifəsindən qovulub.

Qeyd edək ki, V.Zelenski Zalujnını istefaya göndərib və yerinə quru qoşunları komandanı Aleksandr Sırskini təyin edib.

Teqlər: