Ukrayna Radası təsdiqlədi: Kostin vəzifəsindən azad edildi!

Ukrayna Radası təsdiqlədi: Kostin vəzifəsindən azad edildi!

Ukrayna Ali Radası Andrey Kostinin baş prokuror vəzifəsindən azad edilməsinə razılıq verilməsinə dair prezidentin qərarını dəstəkləyib.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak Teleqramda məlumat verib.

“Ukrayna prezidenti tərəfindən Andrey Kostinin baş prokuror vəzifəsindən azad edilməsinə razılıq verilməsi haqqında qərarın lehinə 255 xalq deputatı səs verib”, – deyə o qeyd edib.

Qeyd edək ki, A.Kostin bir neçə gün öncə prokurorluq sistemində rüsvayçı faktların olduğunu əsas gətirərək vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Teqlər: