Terrorizmin olmadığı ölkə və region məqsədinə çatana qədər mübarizəmizi davam etdirəcəyik. Terrorçu baronların təxribatına getməyəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Onların Dəmir Qübbəsi varsa, bizim də Polad Gümbəzimiz var. “Bizdə niyə yoxdur” deməyəcəyik. Bu zaman kəsiyində uzaqmənzilli raketlərlə bağlı işləri də intensivləşdirəcəyik”, – deyə dövlət başçısı bildirib.