Ukraynanın “HackYourMom” haker qrupu Rusiya-Ukrayna müharibəsində Kremlə silah çatdırdığı üçün İrana qarşı kiber hücum elan edib.
AzerTimes xəbər verir ki, bu barədə “HackYourMom” təşkilatının nümayəndələri bəyanat yayıblar.
Onlar İranın ən böyük mobil operatoru “IranCell”i “sındırıblar”.
“İranın demək olar ki, bütün texnologiya sektoruna aid genişmiqyaslı şəxsi məlumatların “sızmasının” da arxasında biz varıq. Ukraynada dinc sakinlərinin ölümünə səbəb olan silahların verilməsinə görə İrana “kiber cihad” elan edirik”, – bəyanatda bildirilib.