Blinken İsrailə gəlir

Blinken İsrailə gəlir

ABŞ Dövlət katibi Entoni Blinken İsrail və Fələstin arasında qarşıdurmalar fonunda Yaxın Şərqə üç günlük səfərə yola düşüb.

AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Qeyd edilir ki, o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək. Blinken sabitliyə çağırış edəcək və Vaşinqtonun iki dövlətli həll yolunu dəstəklədiyini vurğulayacaq.

Blinken həmçinin Fələstin lideri Mahmud Abbas, digər Fələstin rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmək üçün Ramallaha gedəcək.

Teqlər: