Baxmut bölgəsində son bir neçə gündə Rusiya qüvvələrinin hücumlarında azalma müşahidə olunur.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko deyib.
Onun sözlərinə görə, rusların artilleriyası həm kifayət qədər intensiv işləyib, həm də kiçik nüans olsa da, fəaliyyətini davam etdirir:
“Ukrayna Silahlı Qüvvələrinin bir sıra dominant yüksəklikləri öz nəzarəti altına qaytarması effektivliyi azaltmağa imkan verib. Rusların mövqelərinə təsir zonasını artırıb”.