Putin Rusiyada “Qaqarin” ordeni təsis etdi

Putin Rusiyada “Qaqarin” ordeni təsis etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiyada yeni bir mükafat – planetin ilk kosmonavtı “Yuri Qaqarin” adına ordeni təsis edib.

AzerTimes xəbər verir ki, bu barədə hökumətin rəsmi internet portalında məlumat verilib.

Məlumata görə, orden kosmonavtikada xidmətlərinə görə veriləcək. Mükafat bu sahədə alimlərin, mühəndislərin və digər mütəxəssislərin hazırlanmasında, raket-kosmik texnikanın inkişafı, istehsalı, sınağı və qəzasız istismarında, yeni texnologiyaların yaradılması və tətbiqində, tədqiqatların aparılmasında əldə olunan nailiyyətlərə görə təqdim olunacaq.

Teqlər: