Ukrayna PUA-sı Voronejdə binaya çırpıldı – Video

Ukrayna PUA-sı Voronejdə binaya çırpıldı – Video

Rusiyanın Voronej şəhərinə PUA hücumu edilib.

AzerTimes xəbər verir ki, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat verib.

Məlumata görə, PUA şəhərin Belinski küçəsindəki yaşayış binalarından birinə çırpılıb. Nəticədə iki nəfər yaralanıb.

Hadisə nəticəsində binanın zədələndiyi də bildirilir.

Rusiya Teleqram kanallarının yazdığına görə, PUA-nın düşdüyü ərazinin yaxınlığında aviasiya müəssisəsi yerləşir. Çox güman ki, PUA həmin müəssisəyə tərəf uçurmuş.

Teqlər: