Ukrayna prezidenti Vladimir Zelenski ümumi səfərbərlik haqqında
fərman imzalayıb.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, səfərbərlik
Vinnitsa, Volın, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpatsk,
Zaporojye, İvano-Frankivsk, Kiyev, Kirovograd, Luqansk, Lvov,
Nikolaev, Odessa, Poltava, Rovenskaya, Sumı, Ternopol, Xarkov,
Xerson, Xmelnitski, Çerkassk, Çetnovits, Çerniqov bölgələri, Kiyev
şəhəri ərazisində elan edilir.
Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 90 sutka ərzində
keçiriləcək.