Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Təhlükəsizlik
Şurasının iclasındakı bəyanatlarından sonra Fransa və Almaniya
liderləri Emmanuel Makron və Olaf Şoltsla təcili məsləhətləşmələr
aparıb.
Trend xəbər verir ki, bu barədə Ukrayna prezidenti rəsmi “Twitter” yazıb.
“Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında verilən
bəyanatlarla əlaqədar mən Emmanuel Makron və Olaf Şoltsla təcili
məsləhətləşmələr apardım və Milli Təhlükəsizlik və Müdafiə Şurasını
çağırdım”, – deyə V.Zelenski yazıb.
Qeyd edək ki, görüşdən sonra Rusiya prezidenti Vladimir Putin
qondarma “DXR” və “LXR” tanınması ilə bağlı qərar verəcəyini
açıqlamışdı.