Ukrayna Polşanı hədələdi: Qadağa davam etsə…

Ukrayna Polşanı hədələdi: Qadağa davam etsə…

Polşa Ukrayna taxılının öz ərazilərinə ixracını əngəlləməkdə davam edərsə, Ukrayna Ümumdünya Ticarət Təşkilatının (ÜTT) arbitrajına müraciət edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal X sosial şəbəkəsində yazıb.

O bildirib ki, Ukrayna müharibəyə və Rusiyanın Ukrayna limanlarını bloklamaqda davam etməsinə baxmayaraq, həm AB ilə Assosiasiya Sazişi, həm də ÜTT qanunu ilə bağlı öhdəliklərinə sadiqdir.

Ukrayna hökumətinin başçısı vurğulayıb ki, Ukrayna polşalı fermerlərə zərər vermək niyyətində deyil və Polşa xalqının və Polşa ailələrinin dəstəyini yüksək qiymətləndirir.

“Ancaq seçkiqabağı siyasi populizmin naminə ticarət qaydalarının pozulması halında Ukrayna GATT (Tariflər və Ticarət üzrə Baş Saziş – red.) üzrə baş verən pozuntulara görə dəymiş ziyanın ödənilməsi üçün ÜTT arbitrajına müraciət etmək məcburiyyətində qalacaq”, – Şmıqal qeyd edib.

Teqlər: