Ukrayna-Polşa sərhədində 2 mindən çox yük maşını gözləyir

Ukrayna-Polşa sərhədində 2 mindən çox yük maşını gözləyir

Ukrayna-Polşa sərhədində fermerlər tərəfindən bloklanan 6 buraxılış məntəqəsində təxminən 2,2 min yük maşını toplanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

“Vəziyyət dəyişməyib. Nəqliyyatın bloklanması davam edir”, – Demçenko vurğulayıb.

Demçenkonun sözlərinə görə, avtomobillərin əksəriyyəti Krakovets, Ravva-Russkaya və Yaqodin keçid məntəqələrində toplanıb.

Teqlər: