Ukrayna Papanın sülh təşəbbüsünü dəstəkləyəcək

Ukrayna Papanın sülh təşəbbüsünü dəstəkləyəcək

Əgər Vatikan Rusiya ordusunun Ukrayna ərazisindən çıxarılması məsələsini qaldırarsa, Ukrayna Roma Papasının sülh təşəbbüsünə dəstək verəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib.

“Vatikanın fərqli mövqeyi varsa, bu, yalnız böhranı daha da dərinləşdirəcək və Rusiyanı aqressiv hərəkətlərinə davam etməyə təhrik edəcək. İstənilən təşəbbüs Ukraynanın ərazi bütövlüyünü özündə ehtiva etməlidir”, – Podolyak qeyd edib.

Teqlər: