Kiyev səmasında vurulan PUA Ukrayna ordusuna məxsus olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.
Bildirilib ki, “Bayraqdar” PUA-sı 20 saatlıq plan uçuşu zamanı idarəetməni itirib və bu səbəbdən arzuolunmaz nəticələrin qarşısının alınması üçün aparat məhv edilib.
Hadisə zamanı xəsarət alan olmayıb.