Türkiyədə 26 paraşütçü qasırğaya düşdü

Türkiyədə 26 paraşütçü qasırğaya düşdü

Türkiyənin Muğla vilayətinin Ölüdəniz ilçəsində 26 paraşütçü qasırğaya düşüb, onlardan 3-ü ilə hələ də əlaqə yaratmaq mümkün olmayıb.

AzerTimes xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, güclü qasırğa nəticəsində paraşütçülər əvvəlcədən müəyyən edilən meydançaya enə bilməyib, dağın ətəklərinə düşüblər.

Onların yardımına xilasetmə xidmətinin əməkdaşları yollanıb.

“Üç nəfərin uçduğu daha iki paraşütün axtarışları davam edir”, – deyə bildirilib.

Teqlər: