Ukrayna ordusunun Xersonla bağlı planları var – Kuzan

Ukrayna ordusunun Xersonla bağlı planları var – Kuzan

Ruslar Ukraynanın cənubunda üç müdafiə xətti qurublar. Bu müdafiə xətləri çoxdan qurulub. Rus işğalçıları hücuma məruz qalacaqlarını bilib buna hazırlaşırdılar.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri, hərbi ekspert Sergey Kuzan deyib.

“Bu müdafiə xətləri Ukrayna Silahlı Qüvvələrinə çox yaxşı məlumdur. Xətlər düz Dnepr çayının sahilinə qədər yerləşir. Ona görə də bu müdafiə xətlərinin necə məhv edilməsinə dair konkret planlar var. Amma ən əsası odur ki, ordumuz hava hücumundan müdafiə sistemlərini, radarları məhv edir, yəni səmanı təmizləyir”, – o bildirib.

Qeyd edək ki, ötən gün cənubda Ukrayna Silahlı Qüvvələrinin birinci müdafiə xəttini yardığı rəsmən elan edilib.

Teqlər: