Ukrayna ordusunun qarşısı alındı – Rusiya MN

Ukrayna ordusunun qarşısı alındı – Rusiya MN

Rusiya qoşunları gün ərzində Ukrayna ordusunun Donbasda Jerebets çayını zorla keçmək cəhdlərinin qarşısını alıb, 40-dan çox ukraynalı əsgər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Krasno-Limanski istiqamətində Rusiya qoşunları Ukrayna bölmələrinin Luqanskın Nadiya, Stelmaxovka, Makeyevka və Donetskin Yampolovka yaşayış məntəqələri ərazilərində Jerebets çayını keçmək cəhdlərinin qarşısını alıb. Gün ərzində yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketlərlə Ukraynanın hərbi komandanlıq və enerji sistemlərinə hücum edilib, bütün təyin olunmuş hədəflər vurulub. Rusiya Xarkov vilayətində Ukraynanın “Alder” reaktiv yaylım atəş sistemini məhv edib. Hərbi aviasiya isə 24 saat ərzində Ukraynanın üç qərargahını, dörd sursat anbarını və bir yanacaq anbarını sıradan çıxarıb”, – məlumatda deyilir.

Teqlər: