Ukrayna ordusunun hücumu ləngiyəcək

Ukrayna ordusunun hücumu ləngiyəcək

Qış fəsli yaxınlaşdıqca döyüş sursatlarının tədarükü, eləcə də cəbhə bölgələrinə silahların çatdırılması ləngiyəcək.

AzerTimes xəbər verir ki, bunu keçmiş hərbçi Frenk Ledviç “Quardian”a yazdığı məqaləsində Ukrayna ordusunun əks-hücum əməliyyatını şərh edərkən bildirib.

“Ağaclarda yarpaqların olmaması hərbçilərin düşmənin pilotsuz təyyarələrindən gizlənməsini çətinləşdirəcək, baxmayaraq ki, qalın buludlar havadan kəşfiyyatı çətinləşdirəcək”, – Ledviç qeyd edib.

Onun fikrincə, yeni komandanlıq altında olan Rusiya hərbçiləri cəbhə xəttini dondurmağa və işğal olunmuş əraziləri öz nəzarətində saxlamağa çalışacaq:

“Eyni zamanda, Ukrayna qoşunları çox güman ki, əvvəlki aylarda olduğu kimi sıçrayış əməliyyatları həyata keçirə bilməyəcək. Baxmayaraq ki, onlar keçmişdə dəfələrlə dünyanı təəccübləndiriblər”.

Teqlər: