Ukrayna ordusu Xersonda rusları darmadağın edir

Ukrayna ordusu Xersonda rusları darmadağın edir

Ukrayna ordusu Xerson vilayətində rusların əlverişli mövqelərini darmadağın edir. Hərbçilərimiz ehtiyatla və tədricən irəliləyir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Musiyenko deyib.

“İşğalçılar müqavimət göstərməyə çalışırlar, lakin ukraynalı döyüşçülər inamla irəliləyirlər. Gələcəkdə azad edilmiş mövqelər daha geniş əks-hücum üçün tramplin ola bilər. Rusiya ordusu müdafiə xətlərini təchiz edib, ərazini intensiv şəkildə minalayıb, Krımdan külli miqdarda raket artilleriyası (“Qasırğa”, “Smerç”) gətirib ki, bu da ərazilərin azad edilməsini xeyli çətinləşdirir. Hazırda ən vacib vəzifələrdən biri çox risk etmədən tədricən irəliləyib mümkün qədər çox ukraynalı müdafiəçinin həyatını xilas etməkdir”, – o bildirib.

Teqlər: