Ukrayna ordusu sol sahilə yerləşib, vəziyyət çətindir – Qirkin

Ukrayna ordusu sol sahilə yerləşib, vəziyyət çətindir – Qirkin

Ukrayna ordu birləşmələri Antonov körpüsü yaxınlığındakı Alyoşki ərazisində Dnepr çayının sol sahilinə yerləşib. Hazırda sabit, amma çətin vəziyyət var.

AzerTimes xəbər verir ki, bunu Donbas separatçılarının keçmiş rəhbəri İqor Strelkov (Qirkin) deyib.

“Ukrayna hərbçiləri nəinki gücləndirmə qüvvələrini sol sahilə köçürüb, həm də ərazidəki qarnizonunu da artırıb.

İndiyədək yaradılmış qarnizon Rusiya qüvvələri üçün təhlükə yaratmır, lakin onun genişləndirilməsi Ukrayna Silahlı Qüvvələrinə bəzi rayonlara qarşı hücuma keçməyə imkan verəcək. Ukrayna ordusu Dnepr çayının qərb sahilindəki yüksəklikdə yerləşir və bundan istifadə edərək ruslara atəş açır”,- o bildirib.

Teqlər: