“Blək Hornet” dünyada ən son istehsal olunmuş ən kiçik ölçülü dronudur. Ukrayna Silahlı Qüvvələri tezliklə bu dronlardan istifadə edəcək.
AzerTimes xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Oleq Katkov deyib.
Onun sözlərinə görə, bu dronlara çoxlu sensorlar inteqrasiya olunub:
“Pilotsuz təyyarə iki optik kamera ilə təchiz olunub. Uzunluğu cəmi 10 santimetrdir və yarım saata qədər havada qala bilir. Uçuş məsafəsi isə təxminən kilometr yarımdır. Dronlar əsasən, yaxın döyüşlərdə, xüsusən də şəhər yerlərində istifadə üçün nəzərdə tutulub. Bundan əlavə, “Black Hornet”in uçuş zamanı heç bir səs-küy yaratmır”.
Ekspertin sözlərinə görə, bu dronların bir çox üstünlükləri var:
“Üstünlüklərdən biri bütün dron dəstinin çəkisi bir kiloqramdan bir qədər artıq olmasıdır. Bununla da, dronu istənilən şəraitdə işə salmaq mümkündür. İki kameraya malik olması isə günün istənilən vaxtında yüksək keyfiyyətli video əldə etməyə imkan verir.
Qeyd edək ki, Böyük Britaniya tezliklə Ukraynaya 850 ədəd “Blək Hornet” mikro dronlarından verəcək.