ANAMA sədri BMT Baş katibinin köməkçisi ilə görüşdü

ANAMA sədri BMT Baş katibinin köməkçisi ilə görüşdü

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov ölkəmizə səfər edən BMT Katibliyinin Siyasi va Sülhquruculuğu məsələləri İdarəsi və Sülh Əməliyyatları İdarəsində BMT Baş katibinin köməkçisi cənab Miroslav Yençanın başçılıq etdiyi nümayəndə heyəti, eləcə də BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.

Bu barədə AzerTimes-a ANAMA-dan məlumat verilib.

Agentliyin yaradılma tarixi, məqsəd və üzərinə düşən vəzifələr, prioritet layihələr üzrə Qarabağ bölgəsində icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı barədə prezentasiya təqdim edilib. ANAMA tərəfindən Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən keçirilən təlimlər haqda məlumat verilib. Həmçinin, Vətən müharibəsindən sonra baş verən mina hadisələrinə dair statistik rəqəmlər nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Mövcud mina problemi və həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədi daşıyan görüşdə cənab Miroslav Yença ANAMA ilə BMT arasında sıx əməkdaşlığın daha da inkifaş etdirilməsi və humanitar minatəmizləmə istiqamətində görülən fəaliyyətə BMT tərəfinin töhfə vermək niyyətində olduğunu qeyd edib. Birgə göstərilən səylər nəticəsində mina hadisələrinin qarşının alınacağına ümidvar olduğunu bildirib.

Teqlər: