Ukrayna ordusu Donbasda böyük itkilər verir

Ukrayna ordusu Donbasda böyük itkilər verir

Donbasdakı döyüşlərdə hər gün minə qədər ukraynalı müdafiəçi ölür və ya yaralanır. Orta hesabla bu rəqəm 200-500 aralığında dəyişir.

AzerTimes xəbər verir ki, bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.

O bildirib ki, son iki həftə ərzində bu rəqəm xeyli artıb:

“Ukrayna ordusunda bir milyona yaxın insan xidmət edir, daha iki milyon nəfəri isə orduya cəlb etmək imkanı var. Ukrayna Silahlı Qüvvələri xüsusilə Donbasda döyüşü davam etdirmək gücünə malikdir. Sadəcə Rusiya ilə qarşılaşmaq üçün Ukraynada indi silah və sursat yoxdur. Bizə əks-hücum üçün silah lazımdır”.

Araxamiya qeyd edib ki, Rusiya ilə rəsmi danışıqların dondurulmasına baxmayaraq, telefon dialoqu davam edir. Ruslarla həftədə bir və ya iki dəfə əlaqə saxlayırlar.

Teqlər: