Ukrayna ordusu bir neçə istiqamətdə rusların qarşısını aldı

Ukrayna ordusu bir neçə istiqamətdə rusların qarşısını aldı

Ukrayna ordusu bir neçə istiqamətdə rusların hücumlarını dəf edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.

“Xarkov istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldiblər. Ukrayna əsgərləri artıq onuncu dəfədir ki, Dementyevka istiqamətində düşmənin hücumunu dəf ediblər. İndi düşmən tədarükünü artırır və şəxsi heyəti və hərbi texnikası ilə itki verən bölmələri tamamlamağa çalışır.

Müdafiəçilərimiz İvanovka və Vadi istiqamətində hücumları uğurla dəf etməklə yanaşı, işğalçıları geri qovublar”, – məlumatda qeyd olunub.

Teqlər: