Ötən gecə Ukrayna ordusu ölkəyə hücum edən 35 ədəd “Şahidin” hamısını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
“Mayın 8-nə keçən gecə düşmən İranın “Şahid” PUA-larından istifadə edərək yenidən Ukrayna ərazisinə hücum edib. Hücum edən 35 İran PUA-sı məhv edilib”, – məlumatda deyilir.