Bakı-Sumqayıt yolunda yük maşını aşdı, tıxac yarandı – Video

Bakı-Sumqayıt yolunda yük maşını aşdı, tıxac yarandı – Video

Bakı-Sumqayıt yolunda yük maşını aşıb.

AzerTimes Oxu.az-a istinadən xəbər verir ki, səhər saatlarında baş verən qəza səbəbindən sözügedən magistral yolda nəqliyyatın hərəkətində uzun tıxac yaranıb.

Qəza Abşeron rayonu, Xırdalan şəhəri yaxınlığındakı körpünün altında baş verib. Yoldakı tunelin divarlarına çırpılan yük maşını aşıb.

İlkin məlumata görə, ölən və yaralanan olmayıb.

Teqlər: