Ukrayna ordusu Baxmutdan getmir – Priqojin

Ukrayna ordusu Baxmutdan getmir – Priqojin

Ukrayna qüvvələri Baxmutda ilkin olaraq dəmir yolu, sonra isə şəhərin qərb rayonundakı hündürmərtəbəli binalar ərazisində müdafiə təşkil edib. Onlar heç yerə getmir.

AzerTimes xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

“Şəhərdən çıxdıqdan sonra Ukrayna ordusu Çasov Yar bölgəsində və Baxmut kənarında müdafiəyə keçəcək. Ona görə də Rusiya qüvvələrinin Baxmutda genişmiqyaslı hücumu olmayacaq. Baxmutda hər şeyi nəzarətdə saxlamaq üçün bəzi məsələlər həll edilmədir.

Həll edilməli məsələlərə gəlincə, cinahlarımızın yaxşı qorunduğuna və mütəşəkkil komandaya sahib olduğumuza əmin olmaq və təbii ki, sursata sahib olmaqlıyıq”.

Teqlər: