Ukrayna ordusu Baxmutda irəliləyir

Ukrayna ordusu Baxmutda irəliləyir

Ukrayna hərbçiləri Donetsk vilayətinin Makarovka qəsəbəsini işğaldan azad edib, həmçinin Baxmut istiqamətində və cənubda irəliləyiblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Baxmut istiqamətində qoşunlarımız hücum əməliyyatlarını davam etdirir. Berxovski su anbarı ərazisində uğurlar əldə edilib. 250 metr irəliləmişik. Müdafiə olunduğumuz istiqamətlərdə isə bir dənə də olsun mövqe itirməmişik”, – deyə o bildirib.

Teqlər: