Ukrayna onları Rusiyadan geri aldı

Ukrayna onları Rusiyadan geri aldı

Ukrayna Rusiyanın müvəqqəti işğal etdiyi ərazilərdən daha 13 uşağı ailələri ilə birlikdə geri qaytarıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi Aparatının rəhbəri Andrey Yermak məlumat verib.

O qeyd edib ki, 7 uşaq ailələri ilə birlikdə işğal olunmuş ərazilərdən, daha 6 uşaq isə Ukrayna Prezidentinin uşaqları geri qaytarması ilə bağlı təsdiq edilmiş tədbirlər planının icrası çərçivəsində geri qaytarılıb.

Qayıdandan sonra bütün ailələr Uşaq Hüquqlarını Müdafiə Mərkəzinə baş çəkiblər və orada artıq öz vəziyyətləri barədə səlahiyyətli orqanlara danışıblar.

Teqlər: