Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin Budapeşt
Memorandumu ilə bağlı planlarını izah edib. Xüsusilə, o, Ukraynanın
yenidən nüvə silahı əldə etmək planının olmadığına əmin edib.
AzerTimes-ın məlumatına görə, bu barədə D.Kuleba BMT Baş
Assambleyasında çıxışı zamanı deyib.
“Ukrayna qlobal təhlükəsizliyə tarixi töhfə verib. 1994-cü ildə
biz nüvə silahından imtina etdik. Dünyanın üçüncü ən böyük nüvə
arsenalından. Biz bir daha nüvə silahı əldə etməyəcəyik. Bu gün
dünyanın bizim təhlükəsizliyimizi təmin etməsini gözləyirik”, –
deyə XİN rəhbəri bildirib.