Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır – baş nazir

Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır.

AzerTimes-ın “Yle” teleradioyayım şirkətinə istinadən verdiyi
məlumata görə, bunu ölkənin baş naziri Sanna Marin parlamentdə
çıxışı zamanı deyib.

“Böyük müharibə təhlükəsi indi uzun illər ərzində heç vaxt
olmadığı qədər realdır. Milli təhlükəsizlik məsələsi kəskinləşərsə,
Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə hazırdır”, – deyə
baş nazir bildirib.


Qeyd edək ki, Finlandiya parlamenti üç saat ərzində xarici
siyasət və təhlükəsizlik siyasətini müzakirə edib.