Ukrayna NATO təyyarələri alacaq – Reznikov

Ukrayna NATO təyyarələri alacaq – Reznikov

Ukrayna NATO standartlı tank, hətta təyyarələr alacaq.

AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

“Ukraynanın tərəfdaşları çox praktik, praqmatik və realistdirlər. Əgər hansısa yeni sistem verirlərsə, anlayırlar ki, döyüş sursatları, raketləri, təmir sistemləri, təlimatçıları və təlim keçmiş Ukrayna əsgərləri var. Bunlar təkcə siyasi deyil, həm də texnoloji və logistik danışıqlardır. Mən optimistəm və inanıram ki, NATO standartlarına uyğun tanklar döyüş meydanında peyda olacaq. Bizim artilleriyamızda müxtəlif ölkələrdən olan səkkizdən çox 155 mm kalibrli sistem var. Ona görə də əminəm ki, bizim tanklarımız, hətta döyüş təyyarələrimiz də olacaq”, – Reznikov bildirib.

Teqlər: