Ukrayna NATO standartlarına keçəcək – Pentaqon

Ukrayna NATO standartlarına keçəcək – Pentaqon

Ukrayna ordusu tədricən NATO standartlarına keçəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Kal deyib.

“İllər sonra da onlar özlərinin istehsal etdikləri sistemlərdən və sursatlardan istifadə edə biləcəklər. Bununla belə, gözləntilərimə görə, Ukrayna tədricən NATO standartlarına keçəcək”, – o bildirib.

Kalın sözlərinə görə, Ukraynanın NATO-nun silah sisteminə tam inteqrasiyası ən azı üç il çəkəcək.

Teqlər: