Ukrayna NASAMS sistemləri aldı

Ukrayna NASAMS sistemləri aldı

Ukrayna Vaşinqtonun vəd etdiyi NASAMS sistemlərini artıq alıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Mən artıq qəbul edilmiş müsbət qərara görə Prezident Baydenə təşəkkür etmək istəyirəm. ABŞ Konqresi qəbul etdi biz isə NASAMS aldıq”, – Zelenski bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Rayder sentyabrın 16-da bildirmişdi ki, iki ay ərzində iki NASAMS zenit-raket kompleksinin Ukraynaya çatdırılması gözlənilir.

Teqlər: