Ukrayna müharibəsinə görə silah ehtiyatı azalır

Ukrayna müharibəsinə görə silah ehtiyatı azalır

Rusiya-Ukrayna müharibəsi səbəbindən bütün dünyada silah ehtiyatları azalır ki, bu da silah şirkətlərinin canlanması üçün yeni mərhələ açır.

AzerTimes xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə nazirinin parlamentdəki nümayəndəsi Ceyms Hippi deyib.

Parlamentdəki çıxışı zamanı deputatlar Hippidən soruşublar ki, o, Böyük Britaniyanın Ukraynanı silahla təmin etmək imkanlarına tamamilə əmindirmi?

Hippi deputatlara cavabında Böyük Britaniyanın tək olmadığını, bütün donor ölkələrin buna çalışdığını vurğulayıb:

“Bu, müdafiə sənayesinə daxil olmaq üçün yaxşı vaxtdır və Britaniya müdafiə şirkətləri gözlənildiyi kimi bu tələb mesajına açıq şəkildə cavab verirlər”.

Teqlər: